Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir_QaralovBaş Prokuror: İkinci kitabdan fəsillər

IX Fəsil

Azərbaycan Prokurorluq Orqanları qızıl dövrünü yaşayır, sözlərində ki həqiqətlər bugün cəmiyyətimizdə bir mənalı olaraq qəbul edilən reallıqlardır. Ölkə vətəndaşlarının bu ali nəzarət edici orqana olan yüksək etimada, böyük etibara, güvənə çoxlu nümunə göstərmək olar. Vətəndaş hər hansı bir üzləşdiyi problemi ilə bağlı Prokurorluq Orqanlarına dərin ümidlərlə üz tutanda, yazılı müraciətlər ünvanlayanda ürəyində rahatlıq, arxayınlıqla bilir ki, ədalətli qərarla cavablandırılaraq sonda razı qalması təmin olunacaqdır. Ümidlərini göyərdiyi, ədalət məqamından razılıqla ayrılan vətəndaşın ilk alqışı, duası, xoş sözləri isə Dövlət Başçısına ünvanlanır ki, onların incidilmədən, şikayət və müraciətlərinin obyektiv, dəqiq, qərəzsiz araşdırılmasını daim diqqət mərkəzində saxlayır.

Baş Prokuror cənab Zakir Qaralov bəzi məmurların ölkə vətəndaşlarına qarşı diqqətsiz, məsuliyyətsiz davranışlarına, ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən sui istifadə etmələrinə bir sıra hallarda baş verən qanunsuz əməllərinə qarşıda daim birmənalı, prinsipial, barışmaz mövqe sərgiləyərək onların törəddikləri əməllərində cinayət halları olarsa qanun çərçivəsində cəzalandırılmalarına da ciddi nəzarət edir.

Zakir Qaralov müasir dünyamızda, geniş beynəlxalq aləmdə də ciddi nüfuzu olan Baş Prokurorlardandır. Dediklərimizə ən bariz gözəl nümunə ölkəmizin Prokurorluq Orqanlarına, korrupsiyaya qarşı birgə mübarizəyə aid davamlı olaraq keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsidir. Bu tədbirlərdə iştirak edənlərin, böyük dövlətlərin Baş Prokurorlarının, digər nüfuzlu hüquqşunaslarının ölkəmizdən xoş təəssüratlarla ayrılmaları da, onların sonrakı çıxışlarında, yazdıqlarında, nüfuzlu xarici KİV-nə verdikləri müsahibələrdə öz əksini tapır. Dövlət Başçımıza, Dövlətimizə, xalqımıza, ölkəmizə, dövlətçiliyimizə hərzaman sarsılmaz sədaqət hissləri ilə şərəflə xidmət edərək, qürur duyan Baş Prokuror cənab Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının nüfuzlu üzvü kimi də davamlı olaraq ölkəmizi beynəlxalq tədbirlərdə də, ləyaqətlə, qürurla təmsil edərək, xalqımızın haqq səsinin dünyaya çatdırılmasınada nail olur.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>