Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir_Qaralov-300x228Baş Prokuror: İkinci kitabdan fəsillər

X Fəsil

Prokurorluq Orqanları əməkdaşları cəmiyyətimizdə gedən dəyişiklərin, gündən-günə abadlaşaraq, müasir dünyanın qüdrətli dövlətləri ilə eyni sıraları paylaşan qüdrətli ölkəmizin, iç həyatında da, yaxındn iştirak edərək fəallıqları ilə də seçilirlər. Ölkəmizin ictimai-siyasi həyatında məqsədyönlü tədbirlərdə də yaxından iştirak edən Prokurorluq Orqanları əməkdaşları əhalinin hüquqi maariflənməsində də fəal iştirak edirlər. Fəxrlə, böyük qürur hissləri ilə demək olar ki, ölkə vətəndaşları Prokurorluq Orqanlarına etibar edib, etimad göstərərək, onlarla təmas qurmaqdan çəkimyərək, bir çox hallarda ağır cinayətlərin tez bir zamanda açılmasında da, yaxından köməklik edərək, fəallıq göstərirlər. Çətin və məsuliyyətli peşələrində, gərgin əmək sərf etdikləri işlərində, ölkə vətəndaşlarından, cəmiyyətin müxtəlif təbəqələrindən geniş dəstək alan Prokurorluq Orqanlarının uğur qazanmasında, cinayətkarlığa, korrupsiyaya, digər neqativ hallara qarşı apardıqları sərt, barışmaz mübarizədən qalibiyyət qazanmalarındada bu faktorun böyük rolu, önəmi var.

Davamlı olaraq bölgələrdə vətəndaşların qəbulunu keçirərək onlarla görüşən Baş Prokuror cənab Zakir Qaralov qəbuluna böyük ümidlərin gətirdiyi insanları səbrlə, mehribanlıqla dinləyərək onları maraqlandıran bütün sualları aydın cavablandıraraq problemlərinin qanun çərçivəsində, operativ surətdə həll edilməsinə uyğun tapşırıq və göstərişlərini verərək, onların sevinclərinə şərik olaraq məmnunluq duyur. Baş Prokurorun qəbuluna, vətəndaşlarla görüşünə ötən fəsllərdə yazdıqımız kimi böyük imidlərlə gələrək problemləri qanun çərçivəsində həllini tapanda ailələrinin yanına sevinclə qayıdan vətəndaşlar isə Dövlət Başçısına ürəklərrinin səmimi alqış və dualarını ünvanlayarlar, yazdıqlarımıza qayıtmaqda məqsədimiz Dövlət Başçısının ölkə vətəndaşlarına daim yüksək qayğı və diqqətlə yanaşmasını vəzifəli şəxslərə, dövlət məmurlarına prioritet kimi keçdiyi tapşırıq, göstəriş və tövsiyyələrini böyük məsuliyyətlə yerinə yetirən Baş Prokuror cənab Zakir Qaralov və rəhbərlik etdiyi, Ali Nəzarət edici Orqannın, Prokurorluq Orqanları əməkdaşlığının bu istiqamətdə ki, məqsədyönlü, uğurlu, fəaliyyətləri, əldə etdikləri nailiyyətlər, yeniliklər bariz nümunədir. Ölkə vətəndaşlarının böyük etimadını, etibarını, güvənini qazanan, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının öndərliyi ilə Baş Prokuror, cənab Zakir Qaralovun qızıl dövrünü yaşatdığı Prokurorluq Orqanları əməkdaşlarının uğurlu fəaliyyətləri təqdirə layiqdir, qürur vericidir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>