Ərdoğanla Putinin görüşü başa çatdı | SON XƏBƏR | SON XƏBƏR

Ərdoğanla Putinin görüşü başa çatdı

sochi_285x187Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərindəki görüşü başlayıb.

Soçidə prezidentin iqamətgahında keçiriləcək görüş əvvəlcə fərdi, daha sonra nümayəndələrin iştirakı ilə baş tutacaq. Daha sonra isə liderlər mətbuat konfransı keçirəcək.

Liderlərin Suriyadakı münaqişəli vəziyyəti gözlənilir. Diqqət çəkən məqam isə Putinin təklifi ilə Suriya ilə bağlı konqresin təşkilidir ki, burada da suriyalı kürdlərin də yer alması gözlənilir. Bundan əlavə, İdlib və Afrində təhlükəsizlik bölgəsinin yaradılması gündəmə gətiriləcək.

Həmçinin ölkələr arasında enerji layihələri, ticarət əlaqələri və S-400 havadan müdafiə sistemləri ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Qeyd edək ki, daha öncə Türkiyə lideri Ərdoğan səfəri ilə bağlı açıqlamasında Dağlıq Qarabağ münaqişəsini Putinlə müzakirə etmək barədə fikrinin olduğunu bəyan edib.

Xatırladaq ki, sözügedən liderlər sonuncu dəfə sentyabrın 28-i Ankarada bir araya gəlmişdi.

21:13

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş başa çatıb.

Liderlərin Rusiyanın Soçi şəhərindəki görüşü 2 saat 10 dəqiqə davam edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>