Dövlət Bayrağı Günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi | SON XƏBƏR | SON XƏBƏR

Dövlət Bayrağı Günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi

kurdexani_287x187Belə ki, səhər yoxlaması zamanı Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki cənab Rəşid Səfərovun bayram təbriklərini müəssisənin rejim nəzarət şöbəsinin böyük inspektoru baş leytinant Elman Musayev, korpus üzrə baş nəzarətçi baş ədliyyə giziri Fərman Sevdimaliyev və digərləri həbs edilmiş şəxslərə, məhkumlara çatdıraraq onlara bu bayramın xalqımız üçün əziz və önəmli olduğunu bildirib və tezliklə bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağını bildirdilər. Müəssisə əməkdaşları ilə keçirilən yığıncaqda da geniş nitqlə çıxış edən Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki cənab Rəşid Səfərov, Dövlət Başçısı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi ilə tezliklə torpağlarımızın işğaldan azad ediləcəyinə və müqəddəs Dövlət Bayrağımızın işğal edilmiş ərazilərimizdə dalğalanacağını bildirərək, müəssisə əməkdaşlarını da bu əziz bayram günü münasibəti ilə ürəkdən təbrik etdi. Nahar fasiləsində həbs edilmiş şəxlərə və məhkumlara bayram aşı verildi.

SonXəbər.info


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>