Ermənistan ordusunda xaos: hərbçilər qaçır - Video | SON XƏBƏR | SON XƏBƏR

Ermənistan ordusunda xaos: hərbçilər qaçır – Video

ermeni-esger_281x187Ermənistan ordusunda nizam-intizam hər ötən gün daha da zəifləyir.

Zabitlər və əsgərlər hərbi xidmətdən yayınaraq qaçmağa üz tuturlar. Səriştəsizlikdən isə bir neçə gün qabaq mina partlayışı zamanı 3 erməni hərbçisi ölüb.

Hərbi ekspertlər Ermənistan ordusundakı acınacaqlı vəziyyəti şərh ediblər.

Keçmiş korpus komandiri, polkovnik Şair Ramaldanov bildirib ki, son zamanlar Ermənistan ordusunda hərc-mərcilik hallarının artması təsadüfi deyil. Çünki gündən-günə orduya ayrılan vəsaitlərin hansısa şəxslər tərəfindən mənimsənilməsi nəticəsində Ermənistan ordusunda böyük həcmdə təchizat çatışmazlığı yaranıb. Normal məişət şəraiti olmayan hərbçilərin xidmətdən yayınmaq meylləri də elə bununla bağlıdır. Bundan başqa, Ermənistan cəmiyyətində Qarabağı Azərbaycana qaytarmağı düşünənlərin sayının çoxalması erməni valideynlərini öz övladlarının gələcəyi haqqında düşünməyə vadar edib.

Şair Ramaldanov həmçinin bildirib ki, xüsusilə Dağlıq Qarabağda xidmət edən ermənilərin psixoloji durumunda da dəyişiklik baş verib. Belə ki, artıq onlar da fərqindədirlər ki, dayandıqları torpaqları işğal ediblər və aprel döyüşlərindən sonra da əmin oldular ki, bu torpaqları bir gün gerçək sahibinə qaytarmalıdırlar.

Ən maraqlı məqamlardan biri isə Dağlıq Qarabağda düşmən əsgərlərin qızınmaq üçün yanacaq tapmadığından spirtli içkidən istifadə etmələridir. Bu isə nizam-intizamı ən çox pozan amillərdən biridir. Bu elə erməni hərbçilərinin qeydlərində əks olunub.

Hər ötən gün Ermənistan ordusunun ziyanına işləyir. Çünki münaqişə uzandıqca Azərbaycan ordusu ölkənin iqtisadi gücünə paralel olaraq güclənməyə, Ermənistan ordusu isə ölkədəki fiasko vəziyyətində olan iqtisadi duruma görə zəifləməyə məhkumdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>