Feysbuka daha rahat qoşulmaq mümkün oldu | SON XƏBƏR | SON XƏBƏR

Feysbuka daha rahat qoşulmaq mümkün oldu

facebook_250315_249x187Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru Azertelecom MMC ilə Feysbuk korporasiyası arasında Feysbuk şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin Azertelecom MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb.

Bu barədə trend-də Azertelecom MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, artıq Feysbuk şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq, şirkətin serverləri Azertelecom MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib:

Feysbuk şirkətinin CDN keş serverlərinin quraşdırılması ölkəmizdə yerli Feysbuk istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, bu serverlərin "Azertelecom"un Data mərkəzində yerləşdirilməsi ilk növbədə bu sosial şəbəkənin istifadəçilərinə Feysbuk kontentinə daha qısa zaman ərzində qoşulmaq və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləmək imkanını yaradır. Digər tərəfdən, Feysbukun təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici Data serverlərdən deyil, məhz Azertelecom MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda, bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır".

F.Allahverdiyev deyib ki, "Azertelecom" şirkətinin Feysbuk korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da emalını sürətləndirir.

Qeyd edək ki, Azertelecom MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoIP (IP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər var. Azertelecom MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>