İran zərər çəkənlərə 70 milyon ayırdı | SON XƏBƏR | SON XƏBƏR

İran zərər çəkənlərə 70 milyon ayırdı

zelzele-yardim_300x184İran hökuməti Kirmanşah vilayətində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 70 milyon dollar vəsait ayırıb.

İranın Prezident Administrasiyasının verdiyi məlumata görə, zəlzələ nəticəsində ölkəyə 500 milyon dollar ziyan dəyib. Vilayətdə 40 min yaşayış binası dağılıb.

Zəlzələ bölgəsinə səfəri zamanı Prezident Həsən Ruhani bəyan edib ki, dövlət evləri dağılmış ailələrə faizsiz kredit verəcək. Ayrılan 70 milyon dolların bir qismi əhaliyə kredit kimi veriləcək ki, evlərini bərpa etsinlər.

Qeyd edək ki, noyabrın 14-dən başlayaraq İranın Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Tehran və digər böyük şəhərlərdə zəlzələdən zərər çəkənlərə yardım aksiyası keçirilir. Şəhər sakinləri Kirmanşah əhalisinə göndərmək üçün isti paltar, məişət ləvazimatlarını məscidlərdə yaradılmış məntəqələrə verirlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>