İspaniya hökuməti Kataloniya hadisələrində Rusiyanın barmağı olduğuna əmindir | SON XƏBƏR | SON XƏBƏR

İspaniya hökuməti Kataloniya hadisələrində Rusiyanın barmağı olduğuna əmindir

69a3972dee517072c17dc8f06d6ca357_280x187İspaniya Kataloniya böhranını indilik həll edə bilib. Mərkəzi hakimiyyət qiyamı yatıraraq bölgədə hakimiyyətini bərpa edib. Hadisələrdə günahkar olan şəxslər həbs olunub.

Hazırda hökumət böhranda xarici kəşfiyyatın izlərini araşdırır. Bütün oxlar isə Rusiyanı göstərir.

İspaniya rəsmi olaraq bu vaxta qədər Moskvanı ittiham etmirdi. Lakin son dövrlərdə Kataloniya böhranının qızışdırılmasında birbaşa Moskvanın əli olması barədə fikirlər hökumət nümayəndələrinin də ağızlarından eşidilməyə başlanılıb.

Bununla bağlı ölkənin “El Pais” qəzeti xüsusi məqalələr dərc edib.

Qəzet İspaniyanın xariic işlər və əməkdaşlıq naziri Alfonso Dastisin də Rusiya hakerlərinin və saytlarının İspaniya əleyhinə çalışdığını söylədiyini yazıb. Dastisin sözlərinə görə, Avropa Birliyi layihəsinin möhkəmliyi və sabitliyi Rusiyanı olduqca narahat edir və Kreml hər vəchlə bunu pozmağa çalışır.

Картинки по запросу alfonso dastis

Alfonso Dastis

Nazir Dastis Rusiyanın bu əməllərinə qarşı həm ölkə daxilində, həm də Avropa Birliyi çərçivəsində xüsusi strategiya işləyib hazırlayacaqlarını bildirib.

Bundan başqa, İsapniya dövləti hadisələrin arxasında həm də Venesuela xüsusi xidmət orqanlarının durduğundan şübhələnir.

Həm Venesuelanın, həm də Rusiyanın İspaniya əleyhinə olan fəaliyyəti ilə bağlı hökumət sözcüsü İnyiqo Mendes de Viqo və müdafiə naziri Mariya Dolores de Kospedal xüsusi bəyanatla çıxış ediblər. İspaniya bu məsələni Avropa Birliyi xarici işlər nazirləri şurasında da qaldıracaq.

Картинки по запросу maria dolores de cospedal

Mariya Dolores de Kostepal

Jurnalist Anabel Dyesin yazdığına görə, İspaniya müdafiə naziri De Kospedal sosial şəbəkələrdə İspaniya əleyhinə olan, həmçinin Kataloniyada separatçı əhval-ruhiyyəni qızışdıran müdaxilələrin məhz Rusiya Federaisyası və Venesuela ərazisindən çıxdığını təsdiqləyib.

Jurnalist David Alandete Kataloniya böhranının sosial şəbəkələrdə işıqlanma statistikasının Corc Vaşinqton adına universitetdə (ABŞ) araşdırıldığını yazıb.

Araşdırma nəticəsində təxminən 5 milyon statusun araşdırılması zamanı Rusiyanın qara təbliğat maşınları “Russia Today” və “Sputnik” kanallarının İspaniya əleyhinə olan sujetlərinin naməlum istifadəçilər tərəfindən milyonlarla dəfə yayıldığı aşkar edilib.

Картинки по запросу catalunya russia hackers

Kataloniyanın sabiq rəhbəri "Russia Today" kanalında

Təhqiqata rəhbərlik edən Xavyer Lesaka sosial şəbəkələrdə 29 sentyabr və 5 oktyabr arasında Cataluña, Catalunya və Catalonia sözləri ilə bağlı xüsusi təhqiqat apararaq İspaniyanın əleyhinə olan bütün statusların, demək olar ki, eyni zombi-akkauntlar vasitəsilə yayıldığını bildirib.

“The Integrity Initiative” təşkilatı (bu təşkilat Rusiyanın Avropadakı dezinformasiya fəaliyyəti ilə mübarizə aparmaqla məşğuldur) tərəfindən həyata keçirilən digər araşdırmada da Kremlin Madridə zərbə vurmaq istədiyi qeyd olunub.

Картинки по запросу catalunya russia hackers

“The Integrity Initiative”in fikrincə, Moskvanın əsl niyyəti İspaniyada Putinə rəğbət bəsləyən ultrasağların yenidən dirçəlişinə nail olmaqdır.
“The Atlantic Council” mərkəzinin eksperti Donara Barocanın fikrincə, Kreml həm də bununla Krımın işğalını qanuniləşdirmək məqsədini güdüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>