İstirahət günü hava necə olacaq? - Proqnoz | SON XƏBƏR | SON XƏBƏR

İstirahət günü hava necə olacaq? – Proqnoz

bul_havaAzərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>