Kəndimizin son günü (94-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (94-cü yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımıza daxil olan "Türk tələbə və erməni qızı Nona" adlı romanımızdan fəsillər.

94-cü Fəsil

Ağappaq, kəndimizin alça çiçəklərinin rəngindən seçilməyən qırçınlı yaxası, beli naxışlı, topuqlarını örtən yaraşıqlı gecə köynəyinin çiyinlərini boyu-boğazını gecədən qara saçları örtmüş Nonanı doymaz-doymaz süzən türk tələbə isti çaydan bir qurtum alaraq xəyalların qoynundan reallığa, gözəlliyin zəbt elədiyi otağa döndü. Böyük rus şairi Puşkinin babalarından hansınınsa ərəb mənşəli olması şairə ruslarda elədə çox rast gəlinməyən gözəllik, yar-yaraşıq bəxş etmişdi. Yəni şair digər ruslara nisbət biraz suyuşirinliyi ilə fərqlənə bilirdi. Təbii ki, Puşkinin şəkillərinə əsasən mən belə düşünürəm. Bəlkədə şair həyatda rəsmlərindəkinin əksi olub. Oxucuları nəyə görə belə uzaq gəlişmələr etdiyimin intizarından qurtarım. Türk tələbənin qarasına uçan, heçnə ummadığı sevgisində özü qədər saf, təmiz, sadəlövh olan, gözəl Nonanın istər cismi, istərsədə daxili qulaq kimi qaynayan gözəlliyinin əsasında türk mayasının olması birmənalı inkar olunmaz idi.

Anadan doğulanda məkr, hiylə donu göbəkləri ilə bərabər kəsilən ermənidə bu təmizlik, belə saflıq, gözəllik olması mümkünatsız idi. Anasındanmı, nənəsindənmi uzaq olmayan yəni Puşkin kimi bir neçə əsrə söykənməyən qan qatışığı bu gözəlin hər xırda addımında, hərəkətində belə özünü göstərir, biruzə verirdi. İncə bədənli, dağ çaylarının, bulaqlarının suları ilə cilalanmış, mütənasib, totuq qıçları, ağappaq billura göz verməyən dizləri, incə belinə rəğmən dolu sinəsi, birdə bu qarşısıalınmaz gözəlliyə, qısqanc-qısqanc çəpər çəkərək sanki yad nəzərlərdən qoruyan lavanda, ağ akasya çiçəyinin ətrini qoxuyan gecələrin qaranlıq aldığı saçları və dünyanın ən böyük sərvəti olan, saf sevginin bəxtəvərlik verdiyi gülüşləri, ağappaq sədəfin belə qorxaraq bəhsləşmədiyi düzümlü dişləri.

Mütənasib boy-buxunlu Nonanın bircə kəsiri kimliyində ki, erməni qızı olmasının rəsmi təsdiqi idi. Nonanın gözəlliyi tanrı payı idi, yəni bu ilahi gözəlliyi, dünyanın ən məhşur, üz dəyişən plastik cərrahları belə yaratmaq gücünə malik ola bilməzdilər. Qarşısıalınmaz, daxilindən qaynayan kökündə türk mayasının dayandığı, əsrarəngiz gözəlliyi ilə türk tələbənin gözlərinin qarşısında quş kimi süzən Nonanın addımları, zərif hərəkətləri cənnət pərisinin oxşarı idi sanki. Addımbaşı türk tələbəni şıltaq-şıltaq qucaqlayıb zərif quşcığaz kimi köksünə qısılaraq, boynundan asılaraq iri qara gözlərini geniş açaraq didələri gülər, üzünü söykər, qoxlar, doyulmaz-doyulmaz öpüb oxşardı. Yaşıl örpəkli, pərvanə həsrətli stolüstü lampadan süzülən Nonanın qaynar sevgisinin, eşqinin, istəyinin qığılcımları odu-alovu qarışmış sapsarı işıqda pəncərədən süzülərək qanlı-qanlı onların bir-birinə qovuşmuş kölgələrini izləyən türkün düşməni erməninin heykəlinin boz-bulanıq gözlərinə düşərək sanki ona acıq verirdi.

Pəncərənin qarşısında ətirli, dadlı çayı yavan-yavan qurtumlayan türk tələbə ona qısılmış imisti varlığından ləzzət aldığı Nonanın məxsusi qəndqabından götürərək xüsusi şıltaq əda ilə ağzına yaxınlaşdırdığı südlü irisdən dişlər, çayın qalanını içərdi.

Körpə uşaqlar sayağı ötən əsrin dadlı, keyfiyyətli, Moskvanın qızıl açar irislərini sevən Nona bu konfetləri özünə məxsus məzəli əda ilə soyaraq dadlı-dadlı yeyəndə türk tələbəyə sanki dünyanı verərdilər. Stepanakertdə ərzaq məhsulları qıt olsada özü də ticarətçi olduğundan adətən əlaltından satılan belə malları Nona tapmaqda çətinlik çəkməsədə dünyada nəyinsə tapılmamasının mümkün olmadığı Ağdam bazarından belə irislərdən, meçta konfetlərindən gözəl Nonasına məxsusi alan türk tələbə sevgiləri hopmuş mənzildə onları stola düzəndə qızın sevinci yerə-göyə sığmasada: axı sən mənim kimi maaş almırsan, stipendiyayla, anan göndərənlə yaşamalısan, pulunu verəcəm deyərək şıltaqlıqla ayaqlarını yerə döyəndə: dəlilik eləmə, bunları yesən eləbil dünyanı mənə verdin - sözləri ilə bərabər iris şirinliyi hopmuş çiyələk ətirli dodaqlardan öpərdi. Gözləri ləzzətdən yumularaq azqala bayılan qızda heçnə deməsədə onun pul xəcləməsindən nigarançılığını hər addımında biruzə verərdi. Sadəlövh eşqdən, məhəbbətdən gözləri yumularaq azqala özünü itirən qız hardan biləydiki, onun qarasına uçduğu türk tələbəsi pul qazanmağın çəmini çoxdan tapıb. Gələn fəsildədə yenə dadlı xatirələr, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>