Pensiyalar yenidən hesablanacaq - Nazir | SON XƏBƏR | SON XƏBƏR

Pensiyalar yenidən hesablanacaq – Nazir

selimAzərbaycanda 1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

"Artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Pensiyaların 1992-ci ilədək olan staj üzrə formalaşma öhdəlikləri, o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular və bu kateqoriyaya aid olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1,33 mln. nəfər pensiyaçının hər birinin pensiya işi araşdırılır. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılaaq. Nəzərdə tuturuq ki, 6 ay ərzində 1,33 mln. pensiyaçının hər birinin işinə baxılacaq və hər bir pensiya işində 1992-ci ilədək nə qədər staj varsa, o tapılacaq və bu staj üzrə ödənişlər hesablanacaq", - deyə S.Müslümov bildirib.

Nazir əlavə edib ki, 1992-ci ildən də əvvəldən başlayaraq 2016-cı ilədək hər bi il staj üçün 4,16 manat verilir: "1992-ci ilədək sosial sığorta sistemi olmayıb, lakin hökumət həmin dövr üçün pensiya verməyi bir öhdəlik kimi üzərinə götürdüyü üçün bu, dövlət büdcəsinin öhədliyi sayılır. Komissiya işini bitirdikdə tam məbləğ ortaya çıxacaq. DSMF olaraq hesablamışıq. Lakin bu borc dövlət büdcəsinin borcu olduğu üçün belə qərara gəldik ki, xüsusi komissiya yaradılsın. Düşünürük ki, 6 ay ərzində bu prosesi yerinə yetirmək olar. Bundan sonra hər ilin büdcəsində dəqiq yazılacaq ki, dövlət büdcəsinin öhdəlikləri nə qədərdərdir və nəyin hesabına formalaşır".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>