"Qəbələ" qalib gəldi, "Keşlə" isə yenə uduzdu | SON XƏBƏR | SON XƏBƏR

“Qəbələ” qalib gəldi, “Keşlə” isə yenə uduzdu

qebele_300x16819:27

Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna start verilib.

Turun açılış oyununda “Qəbələ” komandası doğma meydanda “Səbail”i qəbul edib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 15-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesabı açıb. On üç dəqiqə sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirib.

Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 83-cü dəqiqəsində Baqali Dabo dublunu rəsmiləşdirib. Dörd dəqiqə sonra “Səbail”in futbolçusu Eltun Yaqublu hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.

Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.

“Səbail” üzərində qələbə qazanan “Qəbələ” hesabındakı xalların sayını 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik olan və bir oyun az keçirən “Qarabağ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 21 xalla üçüncü pillədə yer alıb.

21:15

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda ikinci oyun keçirilib.

“Sumqayıt” klubu “Kapital Bank Arena”da “Keşlə” ilə qarşılaşıb. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda meydan sahiblərinin heyətində qolları 30-cu dəqiqə Denis Silva (öz qapısına), 52-ci dəqiqədə Amil Yunanov və 71-ci dəqiqədə Adrian Skarlatake (avtoqol) vurublar. “Keşlə”nin heyətində isə 44-cü dəqiqədə Nizami Hacıyev fərqlənib.

Beləliklə, görüş “Sumqayıt”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Sumqayıt” xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Keşlə” isə səkkiz xalla yeddincidir.

Xatırladaq ki, turnirin ilk oyununda “Qəbələ” komandası “Səbail”i 3:1 hesabı ilə məğlub edib.

Noyabrın 5-də Ağdamın “Qarabağ” komandası Gəncənin “Kəpəz” klubunun qonağı olacaq. Həmin gün “Zirə” və “Neftçi” klubları da qarşılaşacaqlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>