Şahmatçılarımız erməni komandasını məğlub etdi - Avropa çempionatı | SON XƏBƏR | SON XƏBƏR

Şahmatçılarımız erməni komandasını məğlub etdi – Avropa çempionatı

shahmat_(1)_281x187Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.

Bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.

Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan - Şəhriyar Məmmədyarov, Sergey Movsesyan - Teymur Rəcəbov, Qabriel Sarkisyan - Arkadi Naydiç və Qrant Melkumyan - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.

Levon Aronyan - Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 - 1.5

Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>