Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir | SON XƏBƏR | SON XƏBƏR

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana gəlir

baki_esas_544_300x163Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dən 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq.

Komitədən axar.az-a verilən məlumatda qeyd edilib ki, səfərin məqsədi yerli bələdiyyələr və özünüidaretmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahəsində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir.

Nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfəri planlaşdırılır.

Azərbaycana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyinin ziyarəti və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində görüşün keçirilməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>