Vəliəhddən Fələstin liderinə: Ya qəbul et, ya istefa ver! | SON XƏBƏR | SON XƏBƏR

Vəliəhddən Fələstin liderinə: Ya qəbul et, ya istefa ver!

mehemmed-salman_282x187Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa ABŞ tərəfindən hazırlanan “Yaxın Şərq barış planı”nı qəbul etməsi üçün təzyiq göstərir.

Məlumata görə, Mahmud Abbasın bir həftə əvvəl Ər-Riyad ziyarəti zamanı ABŞ Prezidenti Donald Tramp və Cerad Kuşner tərəfindən hazırlanan barış planı müzakirə olunub. Vəliəhd şahzadə Fələstin liderinə “Ya ABŞ deyən hər şeyi qəbul et, ya da istefa ver” deyib.

Qeyd edək ki, Mahmud Abbasdan bir həftə öncə Səudiyyə Ərəbistanını ziyarət edən Trampın baş müşaviri Cerad Kuşnerin Məhəmməd bin Salmanla qızğın “Yaxın Şərq barış planı” müzakirələrinin gecə saatlarına qədər davam etdiyi haqda məlumat yayılmışdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>