Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir QaralovBaş Prokuror: İkinci kitabdan fəsillər

XII Fəsil

Dövlətin ali vəzifələrinə təyinatlar zamanı son dərəcə uzaqgörənliklə seçimlər edilməsini, şəxsin xalqa yaxın olmasını, vətəninə, ölkəsinə şərəflə xidmət edəcəyinin əsas prioritet olmasını izləyir, görür və dəstəkləyərək alqışlayırıq. Zakir Qaralovun Baş Prokuror kimi fəaliyyəti yuxarıda göstərdiklərimizə bariz nümunədir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vəzifə səlahiyyətlərindən sui istifadə edərək süründürməçiliyə, vətəndaş müraciətlərinə səhlənkar yanaşan, övladları, ailə üzvləri bəzi hallarda özbaşınalıq, harınlıq edən dövlət məmurlarına qarşı daim sərgilədiyi bir mənalı sərt və barışmaz mövqeyi Prokurorluq Orqanları əməkdaşlarının məsuliyyətlərini bir daha artırır.

Belə məmurların və ailə üzvlərinin, övladlarının törəddikləri qanun pozuntuları barədə Prokurorluq Orqanlarında prinsipial şəkildə araşdırılaraq lazımi ölçü götürülərək hüquqi qiymətini alanda, ciddi, sərt, gərəkən tədbirlər görülərək şəffaf formada ictimaiyyətə, cəmiyyətə məlumatlar verməsi ölkə vətəndaşları tərəfindən hər zaman geniş şəkildə dəstəklənərək alqışlarla qarşılanır, Prokurorluq Orqanlarına cəmiyyətdə olan böyük vətəndaş etimadını, yüksək etibarını, güvənini daha da artırır. Ölkə vətəndaşları tərəfindən geniş şəkildə dəstəklənərək, rəğbətlə qarşılanaraq alqışlanar Prokurorluq Orqanlarının bu prinsipial, ədalətli mövqeyinə Baş Prokuror cənab Zakir Qralov tərəfindən ciddi nəzarət edilərək vətəndaşların münasibətlərinin tez və operativ formada obyektiv şəkildə araşdırılaraq qanunlarla tənzimlənən cavablandırılmalarının şəffaflığıda ciddi qorunaraq təmin edilir. Dövlət Başçısına, Dövlətə, dövlətçiliyə, xalqımıza, ölkəmizə hər zaman sarsılmaz sədaqət hissləri ilə şərəflə xidmətdən qürur duyan Baş Prokuror cənab Zakir Qaralov müasir dünyamızda, beynəlxalq aləmdədə böyük nüfuza malik şəxsiyyətlərdən, peşəkarlığı, sivil iş metodu həmişə nümunə göstərilən ali dərəcəli mütəxəssislərdəndir. Cənab Zakir Qaralovun Qarabağ həqiqətlərinin dünyaya yayılmasına, ölkəmizin dinc, mülki əhalisinə qarşı törədilən erməni vəhşiliklərinin ifşa edilməsindədə böyük xidmətləri və rolu vardır. Xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş total genosidlərin, soyqırımların, qətliamların Prokurorluq Orqanlarımızda yaradılmış istintaq qrupları tərəfindən çoxşahəli şəkildə ciddi, prinsipial araşdırılaraq erməni canilərinə cinayət işləri qaldırılaraq, onların tutulub ən ağır formada cəzalandırılmaları ilə bağlı beynəlxalq uyğun təşkilatlara müraciətlər edilməsinə də, Baş Prokuror cənab Zakir Qaralov tərəfindən ciddi nəzarət edilərək, hər zamanda gündəmdə saxlanılır.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>