Əbru Gündəşin əmlakı niyə müsadirə edilmədi? – Səbəb | SON XƏBƏR | SON XƏBƏR

Əbru Gündəşin əmlakı niyə müsadirə edilmədi? – Səbəb

ebru-rza_300x168Rza Zərrabın və 23 yaxın qohumunun əmlakına həbs qoyulması barədə qərarın onun həyat yoldaşı Əbru Gündəşə hansı səbəbdən aid edilmədiyi məlum olub.

Müğənnini sözügedən qərardan xilas edən R.Zərrabla evlənmədən öncə imzaladıqları müqavilə olub. Müqavilədə hər kəsin sərvətinin öz adına olması qeyd olunduğu üçün müğənninin şəxsi qazancı ilə əldə etdiyi mal varlığının müsadirə olunması ədalətsiz qərar hesab edilib.

Qeyd edək ki, ötən gün əslən azərbaycanlı milyarder, ABŞ-da mühakimə edilən Rza Zərrabın Türkiyədə üzərinə həbs qoyulan əmlakının siyahısı açıqlanıb. R.Zərrabla bərabər onun yaxın 23 qohumunun da əmlakına həbs qoyulub. Türkiyə hökuməti müttəhimin qızı Alara Zərrabın adına olan bəzi mülkləri də müsadirə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>