Ərdoğan: "Ey Tramp, sən nə etmək istəyirsən?!" | SON XƏBƏR | SON XƏBƏR

Ərdoğan: “Ey Tramp, sən nə etmək istəyirsən?!”

erdosh“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə BMT qərarlarını heçə saydı”.

 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə havalimanında çıxışı zamanı deyib. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp güclüyəm, o səbəblə haqlıyam deyirsə, yanılır. Haqlı olan güclüdür".

 

R. T. Ərdoğan dekabrın 13-də, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının keçiriləcəyini bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>