Azərbaycana Türkiyədən cavab: Bayrağımız… - Foto | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycana Türkiyədən cavab: Bayrağımız… – Foto

bayraq1Türkiyədən azərbaycanlıların təşkil etdiyi “Bu da bizim bayraqdır” fotolayihəsinə cavab gəlib.

İqdır Ağrı Dağı Alpinistlik və Təbiət İdmanları Klubu (AKUD) azərbaycanlıların “Bu da bizim bayraqdır” jestinə Azərbaycan bayrağını Ağrı dağın Kalus zirvəsində dalğalandırmaqla cavab veriblər.

“Biz Kalus dağının zirvəsinə qalxaraq Azərbaycan bayrağını dalğalandırdıq. Gün gələcək, şanlı Azərbaycan bayrağını Qarabağda da dalğalandıracağıq”, - deyə bildiriblər.

Qeyd edək ki, bundan öncə Türkiyənin “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycan bayrağına edilən jestə bir qrup azərbaycanlı qarşılıq verib. Gənc fotoqraf Taleh Valehovun müəllifliyi ilə hazırlanan layihədə müxtəlif sahələrdən olan tanınmış şəxslər əllərində Türkiyə bayrağı və onun üzərində “Bu da bizim bayraqdır” yazısını nümayiş etdiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>