Bakı İstintaq Təcridxanasında uğurlu yeniliklər davam edir | SON XƏBƏR | SON XƏBƏR

Bakı İstintaq Təcridxanasında uğurlu yeniliklər davam edir

kurdexani_287x187Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin öndərliyi ilə ədliyə sahəsində davamlı olaraq həyata keçirilən uğurlu islahatlar ölkə vətəndaşları tərəfindən daim dəstəklənir, rəğbətlə qarşılanır. Bu uğurlu islahatların həyata keçirilməsində müstəsna xidmətləri olan Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov Penitensiar Xidmət də davamlı olaraq həyata keçirilən məqsədyönlü müsbət dəyişiklikləri də daim diqqət mərkəzində saxlayır. Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi general cənab Ceyhun Həsənovda xidmətin keyfiyyətinin yüksəldilməsini daim prioritet tutaraq məqsədyönlü tədbirlərin, işlərin həyata keçirilməsini önə çəkir. Bu günlərdə Bakı İstintaq Təcridxanasının rəhbərliyində həyata keçirilən dəyişikliklər də deyilənlərə bariz nümunədir. Belə ki, Bakı İstintaq Təcridxanasına yeni rəis təyin edilən ədliyyə polkovnik-lentenantı cənab Elnur İsmayılovun da təyinatında yuxarıda göstərdiyimiz amillər əsas götürülmüşdür. Bundan əvvəl 3 saylı İstintaq Təcridaxanasının rəisi işləmiş ədliyyə polkovnik-leytenantı cənab Elnur İsmayılovun ilk iş günlərindən Bakı İstintaq Təcridxanasında həyata keçirdiyi köklü, müsbət dəyişikliklər özünü göstərərək həbs edilmiş şəxslərin və məhkumların yaxınları, qohumları, doğmaları tərəfindən də razılıqla qarşılanmışdır.

İdeologiya.az-ın jurnalist araşdırma qrupunun əldə etdiyi məlumatlara görə, penitensiar xidmət sahəsində böyük təcrübəsi olan BİT-nin yeni rəisi ədliyyə polkovnik-leytenantı cənab Elnur İsmayılovun Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxslərə və məhkumlara verilən qidaların keyfiyyətinin və kəmiyyətinin artırılmasına nail olaraq, həbs edilmiş şəxslərin və məhkumların valideyinləri tərəfindən də razılıqla qarşılanıb, onlarda telefon danışıqları zamanı bu və digər müsbət dəyişikliklər barədə yaxınlarına məlumat vermişlər.

Bizdə dəqiq, qərəzsiz, tərəfsiz KİV olaraq Bakı İstintaq Təcridxanasının yeni rəisi, ədliyyə polkovnik-leytenantı cənab Elnur İsmayılova çətin və məsuliyyətli vəzifəsində yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq.

SonXəbər.info


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>