Beş nəfərlik ailə üçün İKİNCİ HƏYATIN QİYMƏTİ | SON XƏBƏR | SON XƏBƏR

Beş nəfərlik ailə üçün İKİNCİ HƏYATIN QİYMƏTİ

26103069_1575008872545703_1099554487_n_300x169ABŞ-ın Viskonsin ştatının sakini Dennis Kovalski özünü və ailəsini maye azotda dondurmağa qərar verib.

O, bununla da özü və ailəsi üçün “həyata ikinci şans” almaq niyyətindədir. Kovalski Amerika Krionik İnstitutu ilə müqavilə bağlayıb. O, ümumilikdə özü, həyat yoldaşı Mariya və 3 oğlunun ölümdən sonra kriogen kamerada dondurulması üçün 140 min dollar ödəyib.

Dennis və ailəsinin üzvləri Miçiqan ştatında yerləşən Krionik İnstitutunun əsas bölməsində soyudacaqlar. Orada onların qanı antifrizlə əvəz ediləcəklər və bədənlərini maye azot olan kameralara yerləşdirəcəklər. Belə prosedurun qiyməti bir nəfər üçün 28 min dollardır.

Kovalski kriogen kameraya hələ 20 il əvvəl yazılıb. O, indi prosedura öz xanımını və uşaqlarını yazmağa qərar verib.

Onun sözlərinə görə, ölümündən sonra bədəninin kriogen kamerada saxlanılması üçün 2 min nəfər müraciət edib. Hazırda 160 bədən kriogen kameradadır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>