Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür | SON XƏBƏR | SON XƏBƏR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür

Prezident İlham ƏliyevBu gün Prezident İlham Əliyevin ad günüdür.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan İlham Əliyev burada tarix elmləri namizədi elmi dərəcəsinə qədər yüksəlib.

1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada əvvəlcə vitse-prezident, daha sonra isə birinci vitse-prezident vəzifələrini icra edib. Buradakı fəaliyyəti dönəmində o, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal rol oynayıb.

İlham Əliyev Azərbaycanda idmanın inkişafında da mühüm rol oynayır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər təyin edilən Əliyev idmanın inkişafına xüsusi qayğı göstərməyə başlayır.

İki dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi çalışır. 2003-cü ilin yanvarında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilir. Elə həmin ilin avqustunda Baş nazir vəzifəsinə təyin edilir.

Baş nazir təyin olunmasından sonra onun deputat səlahiyyətlərinə xitam verilir. 2003-cü ilin 15 oktyabrında Azərbaycan Republikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verir.

İlham Əliyev 2008 və 2013-cü il prezident seçkisində yenidən xalqın etimadını qazanaraq prezident olur.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən İlham Əliyevin üç övladı və dörd nəvəsi var.

İdeologiya.az xəbər portalının kollektivi Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>