Daha bir qazaxıstanlı kosmosa uçacaq | SON XƏBƏR | SON XƏBƏR

Daha bir qazaxıstanlı kosmosa uçacaq

aimbetov_300x169Qazaxıstanın “Qarış Saparı” şirkətinin vitze-prezidenti, kosmonavt Aydın Aimbetov özünün 50 illik yubileyində çıxışı zamanı, daha bir qazaxıstanlı kosmonavtın kosmosa uçacağını bildirib.

Milli aviasiyanın general-mayorunun sözlərinə görə, Qazaxıstan "Baykonur" kosmodromunda Rusiya ilə birlikdə hazırlanması nəzərdə tutulan "Bayterek" yerüstü kosmik-raket kompleksləri vasitəsilə təmiz yanacaq - "ağ neft" daşıyacaqlar.

Aydın Aimbetov deyib ki, Rusiya hazırda 6 mərtəbəli bir kosmik gəmi üzərində işləyir:

"Kosmosa bu gəmi ilə yollanacaq kosmonavtlar içərisində qazaxıstanlı həmkarlarımız da olacaq. Əməkdaşlarımız arasında bu addımı atacaq çoxsaylı peşəkarlar var".

Xatırladaq ki, 50 illik yubiliyeni qeyd edən Aydın Aimbetov 2015-ci il sentyabrın 2-dən 12-dək Beynəlxalq Kosmik Stansiyayanın "Soyuz TMA-18M" tipli kosmik gəmisi ilə kosmosa uçmuşdu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>