Dünyanın ən gözəl qızı – 6 yaşlı Anastasiya | SON XƏBƏR | SON XƏBƏR

Dünyanın ən gözəl qızı – 6 yaşlı Anastasiya

dnyann_en_gzel_qizi_268x187Rusiyalı 6 yaşlı Anastasiya Knyazeva çəkdiyi video və fotolarla sosial şəbəkələrdə fenomenə çevrilib.

Getdikcə məşhurlaşan qızcığazın “Dünyanın yeni ən gözəl qızı” olduğu bildirilir.

Yaxın vaxtlara qədər dünyanın ən gözəl qızı kimi fransız Tilen Blondeau göstərilsə də, dünya ictimaiyyəti yeni gözəli artıq müəyyənləşdirib. 500 mindən çox izləyicisi olan 6 yaşlı Anastasiya hazırda bir sıra markaların reklamına da cəlb olunub. Qızcığaz hətta bir agentliklə də əməkdaşlıq edir.

Ötən il Rusiyada keçirilən “Little Miss Aoki” yarışmasının qalibi olan Anastasiya Knyazevanın gələcəkdə məşhur rus model İrina Şeyk qədər məşhur ola biləcəyi bildirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>