Hakim Saakaşvili ilə bağlı qərarını elan etdi - Canlı yayım | SON XƏBƏR | SON XƏBƏR

Hakim Saakaşvili ilə bağlı qərarını elan etdi – Canlı yayım

saakashvili-mehkeme_300x16514:48

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib.

Bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib:

“Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

***

Məni həbsxanaya göndərsələr, aclıq aksiyasını davam etdirəcəyəm.

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmədə söyləyib.

“Mən qorxmuram. Mən prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər”, – deyə o bildirib.

***

Hazırda məhkəmə heyəti fasiləyə çıxıb. Fasilədən sonra Saakaşviliyə hökm oxunacağı gözlənilir.

***

Hakim prokurorun Saakaşvilinin həbs edilməsi ilə bağlı iddiasını qəbul etməyib.

Yenidən 15 dəqiqəlik fasilə götürülüb.

Yenilənəcək...


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>