İngiltərənin müdafiə naziri: "İŞİD-ə qoşulan ölkə vətəndaşları öldürülsün" | SON XƏBƏR | SON XƏBƏR

İngiltərənin müdafiə naziri: “İŞİD-ə qoşulan ölkə vətəndaşları öldürülsün”

kevin_uilliams_300x169İngiltərə İŞİD terror qruplaşmasına qoşulan ölkə vətəndaşlarına ağır cəza tətbiq edilməsini irəli sürüb.

Bu barədə ölkənin müdafiə naziri Kevin Uilliamson açıqlama verib. Onun sözlərinə görə, İŞİD qruplaşmasının üzvlərinin sayı get-gedə artır və onların arasında Böyük Britaniya vətəndaşları da var:

"İŞİD-ə üzv olan britaniyalılar ölkənin rifahını düşünmür. Böyük Britaniya onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar ölkə dəyərlərinə nifrət edirlər. Suriya və İraqda hələ də 270-ə yaxın İŞİD üzvü var ki, onların böyük əksəriyyəti britaniyalılardır. Onları qəti şəkildə öldürmək lazımdır".

U.Kevin onu da əlavə edib ki, həmin britaniyalılar öldürülmədikcə ölkəyə ziyan vura bilərlər:

"Ölü bir terrorçu Britaniyaya heç bir xələl yetirə bilməz. İŞİD-dən gələn təhlükənin qarşısını almağın yeganə yolu onları öldürməkdir. İŞİD-ə qoşulan britaniyalıların yenidən vətənə qayıtmasına yol vermək olmaz".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>