Kəndimizin son günü (100-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (100-cü yazı)

Baş-Redaktor-300x2282Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

100-cü Fəsil

Nonanın incə əllərindən gələn dadlı qoxudan türk tələbə onun nəisə ləzzətli bir yemək hazırladığını bilər, əllərini ovuşdura-ovuşdura səliqəli mətbəxə keçər, süfrəyə baxardı. Qız, türk tələbənin çox xoşladığını bildiyindən kənddən gətirdiyi içi müxtəlif ədviyyatlarla doldurulmuş badımcan turşusunu, inək pendirini, səliqəli yuyub təmizlədiyi göy-göyərtini, isti, qaynar zavod çörəyini də bölmədən süfrəyə düzərək zarafatda edərdi: süzünkilər qaynar çörəyi doğramırlar, əllərinlə böl deyərək şıltaqlıqla bişirdiyinidə qazın üstündən götürərdi. Çörək də elə dadlı ləzzətli idi ki, heç xörəyədə ehtiyac olmazdı. İndiki çörəklərlə onları müqayisə edəndə dəyişənin ancaq insan tamahı olduğunu düşünürəm, unda, duzda, yumurtada həminkidir, keyfiyyət isə elə məsələnin şüurlarımızda olduğuda özünü burda göstərir. Nə isə, Nonanın yaşadığı mənzilin xudmani mətbəxi elə səliqəli, təmiz havalı olardı ki, sanki nə qaz yanmaz, yemək bişməz, kənar iy-qox hiss olunmazdı. Qaz plitəsi tər-təmiz, ortada qoyulmuş ağ stolun üstünə isə, ağlı, qırmızılı sellofan süfrə salınmış, müxtəlif fiqurlardan yonulmuş duz, istiot, nələr, nələr də istifadə olunan yaraşıqlı qabların ansamblını salfetlər, çubuqlardan hörülmüş çörək qabı tamamlayardı. Qənd qabına xırda doğranmış kəllə qəndlə yanaşı yumşaq rafinad (ukrayna qəndi) müxtəlif konfetlər, şirnilər yığılsada süfrədə şəkər tozu olmazdı. Həyatı boyu şirin çay içməyən türk tələbənin xasiyyətini bütün incəliklərinə qədər bilən hissiyatlı Nona şəkər tozuna demək olarki veto qoymuşdu. Balaca qazançada mütləq birinci nə olursa olsun duru xörəyi süfrəyə gətirən Nona türk tələbənin duru xörəklərlədə arası olmadığını bildiyindən uşaq kimi qılığına girərək, dillə-fellə müxtəlif zarafatlarla birinci onu yedirdər, sonra özü yeməyə başlardı. Canı qədər sevdiyi, qarasına uçduğu türk tələbənin ətli xörəkləri xoşladığını bildiyindən ikinci xörəkdə mütləq bir neçə tikə ət parçalı olardı.

Az yeyən qız əllərini yumru çənəsində qoşalayaraq sevimlisi türk tələbənin ləzzətli yeməyinə baxaraq ət tikələrini çəngəlində ona uzatmaqdan həzz alar, şirin-şirin gülər, az qala qəşş edərdi. Süfrə yığışandan sonra qutusunda filin xortumuna söykənmiş kişinin, başı çalmalı hindcinin şəkli olan çaydan ağappaq, incə çiçək rəsmli çaynikə qaşıqla atdıqdan sonra qaynayanda köhnə Bakı qorodovoyları kimi fit çalan çaydandan qaynamış su alar, qazı zəiflədərək dəmə qoyardı. Türk tələbənin məşhur Ağdam bazarından alıb gətirdiyi, Nonanın çox sevdiyi, uşaq kimi iri qara gözlərini yumaraq yediyi xalvadan, paxlavadan qalmış olardısa bəh-bəhlə doğrayıb gətirər: sən az ye, onsuzda şirinsən deyərək türk tələbəni öpər, öpər, aradada xalvanın, paxlavanın şirəsinə balı süzülən up-uzun barmaqlarını yalardı. Türk tələbə ətri bihuşdarı kimi buğuna qarışıb otağa çökən çaydan qurtumlayar, xırdaca qənd parçasınıda qəndqabından götürərdi. Nona türk tələbənin çaya meylli olduğunu bildiyindən xrustal stəkanı boşalan kimi, təzələyər, çayniki də zəiflətdiyi qazın üstünə, balaca, yumru dəmir qoyulmuş gözünə ustufca qoyardı ki, çaynik qaynamasın, həmdə isti qalsın.

Axşamlar şaxta bir az ayazıyanda darıxdığını deyən Nona şirin dillə türk tələbənin qılığına girərək, qalın geyinərək, onun da dublyonkasını geyməsinə kömək edər, sinəsinə qısılıb öpə-öpə dəbli makrovı şərfini boğazına dolayar, qoluna girərək, türkün düşməni erməninin heykəlinə sanki acıq verərək şəhərə gəzməyə çıxardılar. Türk tələbənin gəzməklə elədə çox arası olmadığını bildiyindən Nona körpə uşaqlar kimi şıltaqlıq edərək oyun çıxarar, zərif vücudu ilə az qala onun qollarından sallanardı. Əvvəl Oktyabr kinoteatrında filmə baxmağa razı saldığı türk tələbənin birdən istiqamətini dəyişərək mərkəzi meydana sarı istiqamət aldığını görsədə heçnə deməzdi, kino söhbətinin bağlandığını sövq-təbii hiss edən Nona toxunma, yun, ağ papağını alnına, üşüyən qulaqlarının üstünə çəkərək ona daha bərk qısılardı.

Ağappaq qarın topa-topa budaqlarında naxışlandığı yolkaların boy-boya verdiyi parkdan keçərək, pilləkənlərlə restoranın birinci mərtəbəsində olduğu mexmanxanaya qədər danışmayıb, üstü dəvə şəkilli Kamel qutusundan götürdüyü növbəti siqareti alışqanla yandırar türk tələbə (xarici alışqanda, ətirli Kamel siqaretidə məşhur Ağdam bazarının məhsulu idi, Stepanakertdə ən uzağı Yerevan istehsalı olan Arinberd siqaretinə rast gəlmək olardı, alışqandan isə söz gedə bilməzdi) Nonaya kinoya hövsələm çatmır baxmağa, bəlkə restoranda əyləşək, həm musiqiyə qulaq asaq, məndə baxım görüm nə var: deyərək etiraza yer qoymayaraq qızın xırdaca, şaxtadan qızarmış yaraşıqlı burnuna astaca çırtma ilə vuraraq: Bu gün Bakıdan dərc olunan yazının pulunu göndəriblər, deyərək qız narahat olmasın deyə müqəddəs yalana əl atardı, türk tələbənin yazısını-pozusunu bildiyindən Nona da kinodan əlinin üzüldüyünü bildiyindən heçnə deməz razılaşardı. Yazıq qız bilsəydi ki, günortaya qədər dostu ilə şərikli diplomat palto əməliyyatının uğurlu realizasiyasından hərəyə o dövrün pulu ilə 250 rubl qazanc qalıb ki, bu pullada həmin sakit, klasik musiqinin çalındığı restoranda dəfələrlə böyük-böyük məclislər qurmaq olardı. Qız isə bunları bilmədiyindən Bakı, qonorar söhbətinə inanaraq birlikdə restorana daxil olardılar. Üst geyimlərini qarderobda təhvil verərək nömrəli dəmirləri ciblərinə qoyan türk tələbə onlara təmiz azəri türkcəsində xoş gəldiniz deyərək qabaqlarına düşərək uzaq küncdə ki, həmişə ki, dostu ilə oturduğu stola aparan ofisiantın onun buralara tez-tez gəldiyindən Nonanın başa düşməməsindən ötrü tanış olduqlarını biruzə verməz, keçib oturardılar. Zalda adam az olduğundan (bir azdan bir boş stulda qalmayacaqdı) fortepianonun arxasında əyləşmiş musiqiçi qadın boylanıb onları, ofisiant kimi təmiz azəri türkcəsində salamlayıb gülə-gülə qazdan ayıq Nonanın kaman qaşları çatılar, dodağını büzərək: Deyəsən sən dərs əvəzinə bütün günü burda bunlara dil dərsi keçirsən, deyərək şübhəli atmacasından qalmaz fikrə gedərdi. Türk tələbə Nonanın dərin fikirləşməsinə imkan vermədən: Dostumla sən kənddə olanda ürəyim az qala partlayırdı, dözə bilmirdim, bir-iki dəfə gəlib oturmuşuq, sözləri qızın könlünü alar, şübhələrini dərinləşməyə qoymaz up-uzun barmaqlı, zərif əllərini sığallayardı. Xoş, şirin sözlərdən Nona gül kimi açılaraq, şuxlaşardı. Kitabımızın gələn fəslidə çox maraqlı olacaq nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>