Kəndimizin son günü: Türk tələbə və erməni qızı Nona (102-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü: Türk tələbə və erməni qızı Nona (102-ci yazı)

Baş-Redaktor-300x22821

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

102-ci Fəsil

Qara sevdalı bu cütlüyün əyləşdiyi, sanki uzaq yaşıl adaya bənzər pəncərəyə söykək bucaqdan eləbil restoranın zalına istilik, hərarət yağır, yavaş-yavaş dolan restoranın müştəriləridə bir anlığa ayaq saxlayıb onlara, bir-birini tamamlayan gənclərə baxmaqdan özlərini saxlaya bilmirdilər. Baxışlarda müxtəlif idi, qibtə ilə baxanlar, özlərində ötənlərdə qalmış keçmişlərini xatırlayır, istər-istəməz baxışları yumşalırdı, elələridə var idi ki, türk tələbəyə qısılmış əsrarəngiz gözəlin erməniliyini düşünərək, parkdakı türkün düşməni, erməni heykəli sayağı onları qanlı-qanlı süzürdülər. Bu bədbəxtlər özlərindən bildikləri Nonada erməniliyin ancaq rəsmi sənədlərdə olduğunu düşünmək belə istəməzdilər.

Dünyada ona qısıldığı sevimlisi türk tələbədən qiymətli heçnəyin olmadığından qeyri fikri, düşüncəsi olmayan qız onlara müxtəlif baxış bucaqları ilə baxanları eləbil görmür, duymur, pıçıltılarını da eşitmirdi. Eşqin, məhəbbətin şərbətindən məst, bihal olmuş Nonanın ətraf aləm umrunda deyildi ki, qalmış onlara baxanları, pıçıldayanları öz müqəddəs, toxunulmaz dünyasına buraxa, baxanların baxmağı niyyətlərinin necə olmasına rəğmən özlərinə qalırdı. Qəflətən onlara baxıb gülə-gülə başını yırğalayan musqiçi qadın barmaqlarını şirmayı dillərin üzərində sürüşdürəndə Rəşid Behbudovun məşhur bir romansı gərək ki, Alagözlüm sözləri ilə başlayan, həzin-həzin, azca qaranlıq, siqaret dumanlı zala əlçim buludlar kimi yayılaraq sirli-sehirli bir aləm yaratdı.

Azərbaycan musiqisinin qarşısıalınmaz sehrinə istər-istəməz düşənləri, ermənilərin bəzilərinin dişi bağırsağını kəssədə çürük içlərini elədə biruzə vermirdilər. Türk tələbədə musiqinin sehrinə düşərək, xırda qurtumlarla al şərabdan içərək, boşalmış qutudan axırıncı siqareti götürərək alışqanla yandırıb ləzzətlə tüstünü sinəsinə çəkərək incə biləkli, upuzun barmaqlı zərif əllərini, yaraşıqlı çənəsində qoşalaşdırmış iri, qara gözlərini musiqinin axdığı, nişan verdiyi məchulluğa zilləyən qıza baxaraq əlləri ilə onun alnına cığırlanmış gecənin qaranlığına aldığı tellərinə sığal çəkərək: Mənim balacam, sən tabaka sevərdin, niyə yemirsən? Deyərək onun boşqabına ağ tikələrdən, kartof qızartmasında yığar, çəngəli ilə xırdaca bir tikəni quş balasını yemləyərmiş kimi çiyələk dodaqlı, xırdaca ağzına apararaq Nonanı sanki yuxudan ayıldardı. Fortepianonun ağ sədəf dillərindən süzülən ölməz Rəşid Behbudovun romansı zalı, oturanları elə sehirləmişdi ki, əgər xırdaca, xəfif külək əssə belə eşidilərdi. Özünə gələrək reaalığa, sevimlisinin türk tələbənin yanına qayıdan gözləri yaşarmış Nona qəflətən heçnəyə fikir vermədən onun boynuna sarılaraq eləbil ikilikdəymişlər kimi dadlı-dadlı, doyulmaz-doyulmaz öpərək: Sən mənim tanrı payımsan, sözlərini uçuna-uçuna ikisinin bildikləri ortaq sevgi dilində payız yağışı kimi səpələdi. Türk tələbə: A mənim balaca dəlim, sənin yanındayam hara gedirəm ki, deyərək ustufca gecənin qarasını aldığı saçlarına sığal çəkərək özündən aralayıb stulunda oturdar, ovcunun arxası ilə dumduru göz yaşlarını silərək upuzun barmaqlı zərif əllərini ovuclarının içində gizlərdi. Tabakadan xırda tikələrlə yeyən türk tələbə oğrun baxışlarla ətrafı süzəndə musiqiçi qadının gülə-gülə onlara heyran-heyran baxdığını gördü və gözləri ilə musiqiyə görə təşəkkürünü bildirdi. Hələdə musiqinin birdə bu axşamın təsirindən çıxa bilməyən Nonanın onun baxışlarından xəbəri olmadı. Bir bakalda al rəngli şərabdan içərək qolundakı o illər dəbdə olan qara elektron saatına baxaraq gecənin əridiyini, evə getmək vaxtının çatdığını görərək: Hə balaca, getsək necə olar gecdir artıq, deyəndə Nona çiyinlərini çəkərək gözləri ilə razılığını bildirdi. Onsuzda elə də yemək, içməklə arası olmayan Nona bu gecənin özəlliyindən ən əsası isə sevimlisi türk tələbənin yanında olması, onunla eyni havanı udması, ətrini, qoxusunu duyması bəs eləyirdi. Maddiyyat, yemək, içmək dünya varı qızdan ötrü heç bir əhəmiyyət daşımır, qaranquş qanadları kimi zərif, körpə sevgisinin qarasına uçmaq ona bəs eləyər, başqa heçnə fikirləşməzdi.

Zalda hərlənən ofisiantı çağıraraq hesabı gətirməsini istəyən türk tələbə boşalmış Kamel qutusunu külqabına qoyub, alışqanıda yaddan çıxmasın deyə götürdü. Az keçməmiş restoranın pərdələri rəngində olan hesab dəftərçəsini, vurulmuş qiymətlərin yekununu gətirərək gəldi. Yeddi manat səksən qəpik olan hesabı ödəmək üçün bayaqdan ayrı qoyduğu qırmızı onluğu (10 rublu) hesab dəftərçəsinin arasına sürüşdürüb stuldan qalxdı. Nona da zərif hərəkətlə ayağa qalxaraq gözaltı hiss olunmaz baxışlarla ofisiantın gətirəcəyi qalığı görmək istəyini gizlətmək, sevimlisinin pul xərcləməsinə narahatlığını istər-istəməz biruzə verirdi. Ofisiant qalığı gətirərək təşəkkür edib onları qarderoba, üst paltarlarını götürməyə qədər müşaiyət edərək zala qayıtdı.

Qardeborda dayanan yaşlı qadının ovcuna dəmir lövhələrlə bərabər ofisiantın qalıq olaraq verdiyi qəpikləridə qoyan türk tələbə onun dil-ağız eləməsini gözləmədən, imkan vermədən Nonanın yalnız ona məxsus olan ətrini-qoxusunu saxlayan üst qeyimini qızın geyməsinə yardım edər, şuxluğu, şıltaqlığı özünə qayıtmış qız isə doyulmaz bir hərəkətlə sevimlisinin dublyonkasının yaxasını dartıştıra-dartıştıra sığal çəkər, qoca qadının baxmadığını görən kimi ilk fürsətdəcə doyulmaz öpüşlərə qərq edərdi. Deyə-gülə qoşalaşıb qol-qola restorandan çıxan kimi, Nona yenə kaman qaşlarını çatar: Yaman çox pulun çıxdı, deyərdi.

Nonanın gecənin qaranlığı saçlarına xeyli sığal çəkən, lavanda, ağ akasiya çiçəyi ətrini qoxlayan türk tələbə bu ani sevgi çılğınlığından birinci ayılaraq, özünə gələrək xəfifcə ətrafa boylandı. Bir xeyli iri qara gözləri ilə altdan-yuxarı sevimlisi türk tələbəsinə baxan, süzən Nona yavaş-yavaş özünə gələrək üstbaşını düzəldərək: Mənim üçün bircə sən varsan kimin görməyi vacib deyil sözlərini yalnız ikisinə məxsus sevgi dilində yavaşca pıçıldadı. Kitabımızın gələn fəslindədə bu sevgi cütlüyünün izində olacağıq.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>