Korsikada millətçilər qazandı: Fransa parçalanır? | SON XƏBƏR | SON XƏBƏR

Korsikada millətçilər qazandı: Fransa parçalanır?

makron_300x170Fransanın Korsika adasında keçirilən regional seçkinin ikinci mərhələsində millətçilər qələbə qazanıb.

İlkin hesablamalara əsasən, seçkidə ən çox səsi – 56,46% “Korsika üçün” millətçi koalisiyası toplayıb. Seçkidə Fransa Prezidenti Emmanuel Makronun İrəli Respublika Partiyası 12,67% səslə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, millətçilər seçkinin birinci mərhələsində də qələbə qazanmışdılar. Onlar 2015-ci ildən adanı idarə edirlər. Artıq bəzi ekspertlər açıqlama yayaraq, Korsikada Kataloniya variantının gözlənilmədiyini bildiriblər. Onların fikrincə, millətçilər bundan sonrakı dönəmdə rəsmi Parisdən daha çox muxtariyyət tələb edəcəklər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>