Mikayıl Cabbarov təhsildə nə ilə yadda qaldı? | SON XƏBƏR | SON XƏBƏR

Mikayıl Cabbarov təhsildə nə ilə yadda qaldı?

mikayil_j_276x1872013-cü il 19 apreldən etibarən təhsil naziri vəzifəsini icra edən Mikayıl Cabbarov bundan sonra vergilər naziri kimi fəaliyyət göstərəcək. M.Cabbarov 4 illik təhsil naziri vəzifəsində kifayət qədər yaddaqalan addımlar atıb, qərarlar qəbul edib, dəyişikliklərə səbəb olub.

2013-cü ildən dünənə qədər təhsil naziri vəzifəsini icra etmiş M.Cabbarovun 4 illik fəaliyyətinin ən yaddaqalanlarını təqdim edirik.

- Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;

- Təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə əsasında aparılması;

- Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə əsasında həyata keçirilməsi;

- Məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması;

- Olimpiada Hazırlıq Mərkəzlərinin yaradılması;

- İlk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin yaradılması;

- Tələbə Kredit Fondunun yaradılması;

- Məktəbəqədər Hazırlıq Qruplarının dövlət hesabına təşkili;

- Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;

- Bir neçə özəl məktəbin fəaliyyətinin dayandırılması (Təfəkkür Universiteti, Bakı Asiya Universiteti), bəzilərinin birləşdirilməsi (Qafqaz Universitetinin Azərbaycan Mühəndislik Universitetinə);

- Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması;

- Müəllimlik ixtisasını seçən tələbələrə təqaüd ayrılması;

- Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi.

Qeyd edək ki, M.Cabbarov Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ild tarixli sərəncamı ilə vergilər naziri vəzifəsinə təyin edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>