Poroşenko Saakaşviliyə qarşı daha bir səhv etsə... - Şaraşenidze | SON XƏBƏR | SON XƏBƏR

Poroşenko Saakaşviliyə qarşı daha bir səhv etsə… – Şaraşenidze

1438117263_300x169Ukraynada kimin prezident olmasından asılı olmayaraq, o, sonda yenə də Viktor Yanukoviçə bənzəyir. Təəssüf ki, Poroşenko ilə də bu baş verdi.

Bunu Gürcüstan mətbuatına açıqlamasında gürcü politoloq Tornike Şaraşenidze söyləyib.

“Poroşenko Ukraynada heç bir dəyişiklik edə bilmədi və öz opponentlərinin təqibinə başladı. O, artıq üçüncü dəfə səhvə yol verdi. O, başa düşmədi ki, situasiyanı gərginləşdirməyə başladığın anda Saakaşvili güclənir. Dördüncü dəfə bu səhvi buraxsa, onun nə ilə yekunlaşacağını demək çətin olacaq. Artıq Tiflis də Saakaşvilini istəmir. Ona görə ki, onun Tiflisə problemlər yaradacağını bilir. Ortaya eks-prezidentin nə dərəcədə ədalətli mühakimə ediləcəyi məsələsi çıxacaq. Əgər Saakaşvili Kiyevdə etdiyini burada da etsə, o zaman indiki hökumətə çox ağır olacaq. Bu problemdən yeganə çıxış yolu Saakaşvilini Polşaya yola salmaqdır”, – deyə o bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>