"Qarabağ"ın hücumçusu TOP-10-da | SON XƏBƏR | SON XƏBƏR

“Qarabağ”ın hücumçusu TOP-10-da

ndlovu_293x187"Qarabağ"ın Cənubi Afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusundan biri seçilib.

27 yaşlı forvard "KickOff.com" saytının açıqladığı siyahıda 6-cı olub.

Mətbu orqan, hücumçunun cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən yeganə cənubi afrikalı futbolçu olduğunu yazıb:

"O, Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb".

Yazıda Ndlovunun qışda Çinə transfer olma ehtimalı da qeyd olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>