"Qrupda kimin hansı pillədə qərarlaşmasına "Qarabağ" qərar verdi" | SON XƏBƏR | SON XƏBƏR

“Qrupda kimin hansı pillədə qərarlaşmasına “Qarabağ” qərar verdi”

cl_300x169"Çox gözəl oyun alındı. Baxmayaraq ki, müdafiədə əsas oyunçlarımız oynamırdı. Amma klubumu təbrik edirəm, çox yaxşı oyun sərgilədilər".

Bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda səfərdə "Roma"ya minimal hesabla (1:0) məğlub olub. Oyundan sonra klub rəsmisi matçla bağlı fikirlərini bildirib:

"Böyük komandaya qarşı oynayırdıq. Amma müdafiəçilərimiz işlərinin öhdəsindən layiqincə gəldilər. Bildiyimiz kimi, qrupumuzda "Atletiko" "Çelsi"dən xal aldı və "Roma" "Qarabağ"a qalib gəməklə qrup lideri oldu. Belə deyək, kimin hansı pillədə qərarlaşmasına "Qarabağ" qərar verdi. Əlbəttə, hansısa böyük klubun "Qarabağ"ın oyununun nəticəsini gözləməsi bizim üçün sevincli haldı. Bu gün "Roma"dan xal almaq istəsək də, alınmadı".

Komandanın ÇL-in qrup mərhələsindəki çıxışını qənaətbəxş hesab edən klub rəsmisi, "Çelsi" ilə Bakıdakı oyunu hələ də unuda bilmədiyini deyib:

"Çelsi" ilə ilk oyuna mən də daxil olmaqla, komanda şəkilində böyük həyəcanla çıxmışdıq. Çünki birinci oyun idi, böyük sınaq qarşısında idik. O oyunda böyük hesabla məğlub olsaq da, bunu normal qəbul etmək olar. "Atletiko" ilə hər iki oyundan razı qaldım. "Roma" ilə Bakıdakı oyundan sonra komandaya təşəkkkür etdim, əla oyun alınmışdı. Belə deyim, "Çelsi" Bakıdakı oyun həyatımın ən ağır matçı idi. Hələ də yadımdan çıxmır, ürəyim ağrayır. Çünki hakimin Rəşad Sadıqova qırmızı vərəqə verməsi doğru qərar deyildi. Amma biz çarəsizik. Ümumiyyətlə, qrup oyunlarında çox qırmızı vərəqə aldıq. Etirazım yoxdu, amma mübahisəli qərarlara baxmaq lazımdı". (komanda.az)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>