Roma Papası: "ABŞ Qüdsə toxunmamalıdır" | SON XƏBƏR | SON XƏBƏR

Roma Papası: “ABŞ Qüdsə toxunmamalıdır”

francisco_i_300x169ABŞ-ın rəsmi olaraq Qüdsü İsrailin paytxatı kimi tanıması Yaxın Şərqi narahat edir. Son günlərdə dünya mediasının gündəmini zəbt edən bu mövzuya Roma Papası da fikir bildirib.

Roma papası Birinci Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlığını bildirib və Donald Trampı Qüdsə toxunmamağa çağırıb.

Vatikanda keçirilən qəbul zamanı Roma Papası bu məsələnin ciddi problemlərə yol açacağını da vurğulayıb:

"ABŞ-ın Qüdsü paytaxt olaraq tanıma iddiaları gərginliyi artıracaq. Donald Trampın Qüdsü paytaxt kimi tanımaq və ABŞ səfirliyini buraya köçürmək planları isə Yaxın Şərq ölkələri ilə ABŞ arasında ciddi problemlərə yol aça bilər. ABŞ bu məsələdə geridə durmalıdır".

Xatırladaq ki, Ağ Evin mətbuat xidmətindən mediaya verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə rəsmi qərar verəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>