Roma Papasından Qüdslə bağlı şifrəli - Açıqlama | SON XƏBƏR | SON XƏBƏR

Roma Papasından Qüdslə bağlı şifrəli – Açıqlama

papa_284x187Xristianlar, yəhudilər və müsəlmanlar üçün müqəddəs şəhər olan Qüds ətrafında baş verən olaylara xüsusi önəm veririk.

Bu sözlər Roma Papası Fransiskin açıqlamasındandır. Vatikanın yaydığı açıqlamada böhranın yalnız İsrail və Fələstin arasında həll olunmasının mümkünlüyünə işarə edilib:

“Yaşanan qarşıdurmalar bizi kədərləndirir. Ölkə liderləri səbirli davranıb, şiddətin qarşısını almalıdırlar. Bölgədə sülhün təmin olunması Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının gündəmindədir. Yalnız yəhudilər və fələstinlilər arasında müzakirə edilmiş ortaq məxrəc sülhün təmin olunmasına səbəb ola bilər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz olaraq minlərlə fələstinli Qüds şəhərində etiraz aksiyaları keçirib. İsrailin polisinin aksiyalara müdaxilə nəticəsində yüzlərlə fələslintli xəsarət alıb.

Onların arasında ölənlərin də olduğu deyilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>