Rusiya: Ehtiyat Fondumuz bu il tükənəcək | SON XƏBƏR | SON XƏBƏR

Rusiya: Ehtiyat Fondumuz bu il tükənəcək

anton_siluanov_279x187Bu il Rusiyanın Ehtiyat Fondu tam tükənəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Maliyyə naziri Anton Siluanov söyləyib. Onun sözlərinə görə, bu il Rusiyanın Milli Rifah Fondundan 662 milyard rubl xərclənəcək:

“Gələn il yanvarın 1-də Milli Rifah Fondu 3,7 trilyon rubl olacaq. Bu isə ümumdaxili məhsulun 4%-ni təşkil edir”.

Qeyd edək ki, noyabrın 1-də Rusiyanın Ehtiyat Fondu 975,5 milyard rubl (16,9 milyard dollar), Milli Rifah Fondu isə 4,014 trilyon rubl (69,36 milyard dollar) təşkil edib.

Bu ilin iyulunda Rusiya Duması hər iki fondun birləşməsi haqqında qərar qəbul edib. Fondların birləşməsi gələn il fevralın 1-də başa çatmalıdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>