Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır | SON XƏBƏR | SON XƏBƏR

Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır

beybit_280x187Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın dostluq əlaqələri qurulub və bu, qarşılıqlı etimad və bərabərlik rəmzidir.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının Müstəqillik günü münasibətilə təşkil edilən qəbulda deyib.

Diplomat qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əsas ticari-iqtisadi və nəqliyyat-logistik tərəfdaşıdır.

Qazaxıstanın Akademik Folklor-Etnoqrafik Orkestrinin çıxışları, Qazaxıstan haqqında müxtəlif videomateriallar, həmçinin Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb.

Qeyd edək ki, tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>