Tillerson Rusiya - ABŞ münasibətlərində REAL MANEƏNİ AÇIQLADI | SON XƏBƏR | SON XƏBƏR

Tillerson Rusiya – ABŞ münasibətlərində REAL MANEƏNİ AÇIQLADI

tilerson_300x169Ukraynada böhranın nizama salınması məsələsi Moskva və Vaşinqton arasında münasibətlərin normallaşması prosesinə mane olur.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Tillerson əlavə edib ki, Rusiya və Birləşmiş Ştatlar arasında başqa regionlarda da, məsələn Suriyada fikir ayrılıqları ola bilər.

“Amma bir ölkə başqasının ərazisinə (Rusiyanın Ukraynaya müdaxiləsindən söhbət gedir - red.) soxulursa, bu zaman yaranan fikir ayrılığını aradan qaldırmaq çətindir”, - dövlət katibi bildirib.

Daha əvvəl isə Tillerson bildirib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya qayıdışı ilə bağlıdır.

“Krımla bağlı sanksiyalar yarımadanın Ukraynanın tam nəzarəti altına qaytarılmasına kimi davam edəcək. Eyni zamanda, Şərqi Ukrayna üzrə avropalı partnyorlarımızla uyğunlaşdırılmış sanksiyalar rejimini dəstəkləyirik. Rusiya öz güclərini Donbasdan çıxarmayacağı və Minsk razılaşmalarına əməl etmədiyi halda, sanksiyalar qüvvədə qalacaq”, - dövlət katibi qeyd edib.

Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini “həmişəlik bağlanmış məsələ” adlandırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>