Tramp bu gün qərar verir: İslam dünyası şokda | SON XƏBƏR | SON XƏBƏR

Tramp bu gün qərar verir: İslam dünyası şokda

tramp_sa.jpg_2_300x170ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi bu gün tanıyacaq.

Bu barədə bəyanatı Ağ Evin mətbuat xidməti yayıb.

“Prezident tarixi həqiqətdən çıxış edərək bu addımı atır. Qüds yəhudi xalqının paytaxtıdır. Qüdsdə İsrail hökuməti, məhkəmə hakimiyyəti yerləşir. ABŞ hökuməti həmçinin səfirliyin Qüdsə köçürülməsindən sonra ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün də plan hazırlayıb. Bu həm də bizim Yaxın Şərqdəki aktivlərimizə də aid edilir”, – deyə o bildirib.

Qeyd edək ki, Trampın bu qərarına qarşı Ərəbistan və İordaniya kralları, Türkiyə və s. artıq rəsmi münasibətini bildirib və bunun olduqca riskli, Yaxın Şərqdə təhlükəsizliyi ciddi təhdid edəcək addım olduğu vurğulanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>