Tramp Yaxın Şərqə yeni bomba atdı - Kosaçev | SON XƏBƏR | SON XƏBƏR

Tramp Yaxın Şərqə yeni bomba atdı – Kosaçev

kosacev (1)_300x170ABŞ Prezidenti Donald Trampın Qüds qərarı Yaxın Şərqə atılan yeni bombadır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.

“Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması onsuz da sarsıntı içində olan Yaxın Şərqə atılan yeni bombadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü müsəlmanların qırmızı xətti kimi dəyərləndirdi. Tramp isə buna əməl etməyib, seçkidən öncə verdiyi vədi yerinə yetirdi. Tramp bununla Yaxın Şərqə sülh gətirilməsi prosesinə zərbə endirməyə çalışdı”, – deyə o bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>