Trampın təriflədiyi Reyhanın şok ixtirası: Hətta insanlar belə... | SON XƏBƏR | SON XƏBƏR

Trampın təriflədiyi Reyhanın şok ixtirası: Hətta insanlar belə…

ivanka_tramp_249x187Reyhan Camalova dünyada karbohidrogen ehtiyatlarının, neftin, qazın get-gedə tükəndiyi bir zamanda adicə yağışdan, Bakının küçələrinə, yollarına, prospektlərinə yağaraq oranı keçilməz gölməçəyə, selə, nohura çevirən su damlalarından enerji almağı bacarıb.

Bu qızın böyük audotoriyaya təqdim etdiyi 22 led lampanı işıqlandıran 22 vatlıq kiçicik protativ cihaz daha böyük layihələri həyata keçirmək istəyən azman investorların, nəhəng yatırım şirkətlərinin diqqətini belə cəlb edib.

Yağış enerjisindən günəşsiz, yağmurlu havada fotoelektrik batareyalar köməksiz vəziyyətə düşdükdə yararlanmaq mümkündür. İş prinsipi elə də qəliz deyil.

Məsələn, yağış suyu plastik lövhənin üzərinə tökülür, dəyib-qalxan damcı effektindən elektrik cərəyanı yaranır. Burada damcıların tezliyindən, sürətindən və toplayıcı lövhənin diametrindən çox şey asılıdır. Həm də, hər bir hamar səth, evlərin damları, küçələr, yollar, hətta insanlar belə enerjitoplayıcı funkisya yerinə yetirə bilərlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>