Ukraynaya ultimatum: Kiyevin NATO-ya yolu bağlanır | SON XƏBƏR | SON XƏBƏR

Ukraynaya ultimatum: Kiyevin NATO-ya yolu bağlanır

peter_siyarto_300x180Ukrayna yeni təhsil haqqında qanun qəbul etməklə NATO qarşısında götürdüyü öhdəlikləri pozub.

Bunu jurnalistlərə açıqlamasında Macarıstan Xarici İşlər naziri Piter Siyarto söyləyib.

“Yeni qanunla Ukrayna həm azlıqların hüquqlarını, həm də Avropa Birliyi və NATO qarşısındakı öhdəliklərini pozub. Macarıstan Ukraynadakı macarların maraqlarını hansısa geosiyasi oyuna qurban verməyəcək. Əgər Kiyev NATO ilə əməkdaşlığının gücləndirilməsini istəyirsə, o zaman yeni təhsil haqqında qanunu ləğv etməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna bundan öncə yeni təhsil haqqında qanun qəbul edib. Qanuna əsasən, milli azlıqların öz dilində təhsil almaq imkanı məhdudlaşdırılıb. Bu qərar rəsmi Budapeştin kəskin etirazına səbəb olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>