Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x22811Baş Prokuror: İkinci kitabdan fəsillər

15-ci Fəsil

Dövlət Başçısının ölkədə baş verən korrupsiyaya, büdcə talamalarına və digər neqativ hallara qarşı daim birmənalı olaraq sərgilədiyi ciddi, barışmaz mövqedən irəli gələn müddəaları rəhbər tutaraq prokurorluq orqanlarının xalqımızın, ölkəmizin vətəndaşlarının rifah halını yüksəldən bu ciddi işədə öz layiqli tövhələrini verirlər. Baş Prokuror cənab Zakir Qaralovun bu sahəni daim diqqət mərkəzində saxlaması və görülən işlərdən, açıqlanan hesabatlardan da yaxşı məlumdur. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən vaxtaşırı mətbuat vasitəsi ilə cəmiyyətə verilən məlumatlar, açıqlamalar da ölkədə korrupsiyaya və digər neqativ hallara qarşı ciddi şəkildə aparılan mübarizədə, Baş Prokuror cənab Zakir Qaralovun birmənalı olaraq qızıl dövrünü yaşatdığı prokurorluq orqanlarının tutduğu önəmli mövqeyə ən gözəl bariz nümunədir.

Dövləti cinayətlərə qarşı mübarizədə də prokurorluq orqanlarının sərgilədikləri ciddi barışmaz mövqeyə, bu orqanın əməkdaşlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü əleyhinə yönəlmiş belə cinayətlərin qarşısının alınmasında digər hüquq mühafizə orqanları ilə birlikdə igidliklər, sücayətlər göstərmələrində xeyli sayda nümunələr göstərmək olar. 25 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən Baş Prokuror cənab Zakir Qaralov şəxsiyyəti rəhbəri olduğu və qızıl dövrünü yaşatdığı prokurorluq orqanları əməkdaşları üçün ən yaxşı, qürur duyduqları örnək nümunədir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, məmur övladlarının cəmiyyətdən seçilmək, zəhmətkeş xalqa yuxarıdan aşağı baxaraq bəzi hallarda harınlıq etmələrinə, məmur özbaşınalıqlarına, vətəndaş müraciətlərinə etdikləri biganəliklərə, süründürməçiliklərə və digər neqativ hallara qarşı daim sərgilədiyi sərt və barışmaz mövqeni prioritet götürən prokurorluq orqanalarının belə yarıtmaz hallara qarşı apardıqları ciddi mübarizələrdə cəmiyyətdə təqdir edilərək, ölkə vətəndaşları tərəfindəndə dəstəklənir, alqışlanır. Haqqı-ədaləti bərpa edərək özbaşınalıq, qanunsuz hallara yol vermiş bəzi dövlət məmurlarının qanunlar çərçivəsində ciddi tənbeh edilərək məsuliyyətə cəlb edilməsindən digər dövlət qulluqçularına belə neqativ hallara yol verməkdən çəkindirərək onlara tapşırılmış dövlət işlərinə də məsuliyyətlə yanaşmağa sövq edir. Sonda isə prokurorluq orqanları tərəfindən müraciəti müsbət qanuni həllini tapmış vətəndaşın alqışlarının ünvanı Dövlət Başçısı olur. Bütün bu işlərin, qabaqcıl nailiyyətlərin qazanılmasını təmin edən uğurlu yenilikləri, məqsədyönlü tədbirləri daim diqqət mərkəzində saxlayan və ciddi nəzarət edən Baş Prokuror cənab Zakir Qaralovun rəhbərliyi ilə çalışaraq qızıl dövrünü yaşatdığı prokurorluq orqanları əməkdaşları yorulmadan nurlu sabahlara İlhamla, inamla addımlayan, gündən-günə abadlaşan ölkəmizin rifahına öz şanlı əmək tövhələrini verməkdən qürur duyaraq, şərəfli xidmətləri ilə xoş gələcəyə addımlayırlar.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>