Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x228112Baş Prokuror: İkinci kitabdan fəsillər

18-ci Fəsil

Erməni qəsbkarlarının işğalında olan əzəli-əbədi torpaqlarımıza, Dağlıq Qarabağa Ermənistan ərazisindən keçərək səfərlər edən ölkəmizin beynəlxalq qanunlarla tanınmış qanuni sərhədlərini pozan bir sıra xarici ölkə vətəndaşlarına qarşı da Baş Prokurorluğun daim sərgilədiyi mövqe birmənalı olaraq qəti və barışmazdır. Ermənilərin toruna düşərək aldandıqlarını sonralar başa düşərək dərin peşmançılıq hissləri keçirənlərə, bir sıra xarici ölkə vətəndaşlarına qarşı Baş Prokurorluqda cinayət işləri açılaraq onların tutulub hüquq-mühafizə orqanlarımıza təhvil verilmələrindən ötrü beynəlxalq axtarışlar edilir. Nəticə isə uğurlu olur. Ermənilərin yağlı vədlərinə inanaraq onların toruna düşən belələri tutularaq ölkəmizə gətirilir və layiq olduqları cəzalarına çataraq sonda isə dərin peşmançılıq hissləri keçirirlər. İsrail vətəndaşı Aleksandr Lapşini nümunə göstərməklə, hələdə erməni toruna düşənlərin olduğundan təəssüflə bəhs etmək istəyirəm.

Aleksandr Lapşinin taleyindən, ölkəmizə qarşı erməni toruna düşərək etdiyi qanunsuz hərəkətlərə görə haqlı cəzalandırılmasından və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin daim atdığı humanist addımlardan bəhrələnərək əfv olunub  ölkəsinə qayıdan, dərin peşmançılıq, təəssüf hissləri keçirdiyindən KİV-nə geniş danışaraq, ölkəmizi, xalqımızı sevdiyini və Azərbaycan Prezidentinə minnətdarlıq edən, bu şəxsin gecdə olsa haqq yoluna qayıtması və xalqımızın, ölkəmizin haqq işini dəstəkləməsi təqdirə layiqdir. Az öncəki sətirlərdə bəhs etdiyim kimi Aleksandr Lapşinin görk olası, məlum taleyindən ibrət dərsi götürməyən bir qrup türk vətəndaşı da düşmən erməni dəyirmanına bolluca su tökərək Ermənistan ərazisindən keçməklə ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədlərini qanunsuz şəkildə pozaraq erməni qoşunlarının işğalında olan əzəli və əbədi Azərbaycan torpaqlarına qanunsuz səfərlər edərək, ölkəmizin və vətəndaşı olduqları, ermənilərin uzun illərdən bəri sönməyən düşmənçilik hissləri bəsləyərək qondarma soyqırım və ərazi iddiaları irəli sürdükləri Türkiyə Respublikasının da əleyhinə uydurma fikirlər, böhtanlar səsləndirmişlər. Dərhal bu çirkin, xain erməni məqsədinə xidmət edən, utanc gətirən olaya ölkəmizin dövlət qurumlarında ciddi reaksiya verilmiş və Baş Prokuror cənab Zakir Qaralovun tapşırığına, göstərişinə əsasən Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində uyğun maddələrlə cinayət işi açılaraq ilkin istintaq hərəkətləri aparılaraq həmin şəxslərin tutulub ölkəmizə gətirilərək layiq olduqları haqlı cəzalarına çatmalarından ötrü məhkəmə qarşısında dayanmalarının təmin edilməsi üçün barələrində beynəlxalq axtarışlar edilmişdir. Baş Prokuror cənab Zakir Qaralovun birmənalı olaraq qızıl dövrünü yaşatdığı prokurorluq orqanları əməkdaşlarının şərəfli xidmətlərindən yazdıqlarımız, dediklərimiz belə misallar bariz nümunədir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>