ABŞ diplomatlarından Suriyada - Qalmaqallı görüş | SON XƏBƏR | SON XƏBƏR

ABŞ diplomatlarından Suriyada – Qalmaqallı görüş

amerika_diplomatlarndan_qalmaqall_gr_1_300x168ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Suriyanın şimalına səfər edib.

Səfər zamanı nümayəndə heyəti Suriyanın şimalına, PKK-nın işğal etdiyi ərazilərə də baş çəkib.

Həmçinin PKK terror təşkilatının liderlərindən olan Aldar Xəlil, Qəndildən gələn Fevze Yusif, Bedran Ciya Kürdlə də görüş keçirilib.

Görüş zamanı terror təşkilatının üzvləri amerikalı nümayəndələrdən Suriyada federal dövlətin qurulmasını tələb ediblər.

Heyət daha sonra PKK-nın digər bölgə liderlərindən Şahin Cilo kod adlı Fərhad Abdi Şahinlə birgə iclasa qatılıb.

Qeyd edək ki, Qəndil ordusunun ən tanınmış üzvlərindən olan Cilo PKK adından uzun illərdir silahlı basqınlar təşkil edir. Amerika rəsmiləri bölgədəki böyük əməliyyatları Cilo vasitəsilə həyata keçirir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>