Astronavtın boyu 9 santimetr uzandı - Yenilik | SON XƏBƏR | SON XƏBƏR

Astronavtın boyu 9 santimetr uzandı – Yenilik

astronavt_300x169Beynəlxalq Kosmik Stansiyada 3 həftə qalan yaponiyalı astronavtın boyu bu müddət ərzində 9 santimetr uzanıb.

Astronavt Norişige Kanai bu barədə özünün Tvitter mikrobloqunda məlumat yayıb.

O, boyunun bitki kimi uzandığını qeyd edib: “Hər kəsi salamlayıram, vacib xəbərim var. Kosmosa gələndən sonra bədənimizdəki dəyişikliyi müəyyən etmək üçün boyumuz da ölçüldü, 3 həftə ərzində təxminən 9 santimetr uzanmışam”.

Kanai iyunda yerə qayıdanda kosmik vasitənin kreslosuna sığışmayacağından narahat olduğunu qeyd edib.

Qeyd edək ki, çəkisiz mühitdə vertebra üzərində təzyiq olmadığına görə, insan onurğası genişlənə və uzana bilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>