Bakıda mənzillərin qiyməti dəyişdi | SON XƏBƏR | SON XƏBƏR

Bakıda mənzillərin qiyməti dəyişdi

1442569293neftci menzil (1)_282x1872017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.

Bunu trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlər aşağı düşüb. Belə ki, il ərzində qiymətlərdə 3.54 faiz azalma müşahidə olunub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin artdığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 0.27 faiz artım, il ərzində isə 7.75 faiz azalma olub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>