Baş Prokuror Zakir Qaralovun ad günüdür | SON XƏBƏR | SON XƏBƏR

Baş Prokuror Zakir Qaralovun ad günüdür

Zakir-Qaralov2-300x228112Bu gün Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun doğum günüdür.

Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir. 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə, 29 sentyabr 2006-cı ildə isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.

Sonxəbər.info olaraq Baş Prokuror Zakir Qaralovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı və Dövləti fəaliyyətində uğurlar arzulayırıq!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>