İrandan sonra bu müsəlman ölkəsi də qarışdı - Etiraz | SON XƏBƏR | SON XƏBƏR

İrandan sonra bu müsəlman ölkəsi də qarışdı – Etiraz

tunis_282x187Tunisdə Tebourba əyalətində yaşayış xərclərinin bahalığı və vergi artmalarına etiraz edən nümayişçilərlə təhlükəsizlik orqanları arasında yaranan qarşıdurma zamanı bir nəfər ölüb.

Bu barədə Tunisin Daxili İşlər Nazirliyindən informasiya verilib.

Nümayişçilərdən bəzilərinin hökumət binasını yandırmaq cəhdi qarşısında polis qüvvələrinin müdaxilə etməsi vəziyyəti daha da alovlandırıb və qarşıdurmaya çevirib. Hadisə nəticəsində ən azı 5 nəfərin yaralandığı bildirilib.

Etiraz nümayişləri sırasında dünyasını dəyişən şəxsin xroniki tənəffüs xəstəliyinin olduğu və gözyaşardıcı qazdan boğularaq öldüyü qeyd olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>