İranla razılaşmaya sadiqik – Avropa Birliyi | SON XƏBƏR | SON XƏBƏR

İranla razılaşmaya sadiqik – Avropa Birliyi

avropa_291x187Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın İran bəyanatını diqqətə alacaq.

Bu barədə informasiyanı Avropa Birliyinin Xarici Siyasət Xidməti yayıb.

“Biz ilk addım kimi altılığa üzv olan Britaniya, Almaniya, Fransa və digər AB üzvləri ilə bu bəyanatı və onun nəticələrini dəyərləndirəcəyik. Biz əvvəlki kimi nüvə razılaşmasının tam və effektiv davam etdirilməsinə sadiqik”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ bundan öncə İrana qarşı sanksiyaların ləğvi müddətini uzadıb. Tramp bundan az sonra bəyanat yayaraq, bunu İranla nüvə razılaşmasının davam etdirilməsi üçün sonuncu şans olduğunu bildirib. O, Avropadakı müttəfiqlərindən İranla nüvə razılaşmasına əlavələr edilməsini istəyib. Tramp həmçinin bu müddət ərzində heç bir əlavələ olmayacağı təqdirdə ABŞ-ın nüvə razılaşmasından çıxacağını bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>